Tribuna İnformasiya Agentliyi

Qazaxda bir ailənin 4 üzvünün səhhətində yaranan problemin səbəbləri məlum olub

29 Noyabr

Qazaxda bir ailənin 4 üzvünün səhhətində yaranan problemin səbəbləri məlum olub.

Qida Təhlükəsizliyi Agentliyindən TİA.AZ-a verilən məlumata görə, Qazax rayonu M.Əsədov küçəsi ev 8 ünvanında yaşayan bir ailənin 4 üzvü 28 noyabr 2018-ci il tarixində qida zəhərlənməsi şikayəti ilə Qazax Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.

Xəstələr tam müayinədən keçirilib və onlara ilkin yardım göstərilərkən heç bir xəstədə qida zəhərlənməsi aşkar edilməyib. Ailəyə məxsus evin 1-ci mərtəbəsində qızdırıcı sistem olduğu və xəstələrin səhhətinin pisləşməsinə dəm qazının səbəb olduğu müəyyən edilib. Rayon xəstəxanasının həkimlərinin rəylərinə və müayinələr nəticələrində hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.