“Qaz və işığın bahalaşması qiymət artımına yol açacaq” – FAKT BUDUR!backend

“Qaz və işığın bahalaşması qiymət artımına yol açacaq” – FAKT BUDUR!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda gündəm olan mövzulardan biri də xarici bazarlarda müşahidə olunan inflyasiyanın Azərbaycana necə təsir göstərməsidir. Bahalaşma təbiidir, yoxsa süni? İstehlakçı bu prosesdə nə dərəcədə rol oynayır?

Bahalaşmaya səbəb nələrdir? Bütün bu suallara aydınlıq gətirən iqtisadçı – ekspert Fuad İbrahimov qeyd edib ki , hər bir bahalaşmanın elmi açıqlaması olmalıdır:

“Bu gün Azərbaycanda bahalaşma və son kommunal xərclərlə bağlı verilən qərarlarda elmi cəhətdən konkret açıqlama yoxdur, sadəcə bəhanələr var. Bu bəhanələri dəyərləndirəndə görürük ki, yeni qərarlar nə əhalini, nə də bu sahədə fəaliyyət göstərən peşəkar iqtisadçıları qane edir.

Çünki heç bir tutarlı əsas yoxdur. Bilirsiniz ki, bu sahədə yeniliklərin olması üçün ölkə rəhbərliyi sərəncam imzalayıb və ” İnvestisiya Holdingi” yaradıb. Amma faktiki addımların atılması üçün konkret bir istinad nöqtəsi mövcud olmadı. Hazırda dünyada gedən bahalaşma ilə ölkəmizdəki qiymət artımını eyniləşdirmək düzgün deyil. Bir neçə göstərici var ki, onlara əsasən ən azından mavi yanacağın qiyməti bahalaşmaya bilərdi.

Bu qiymət artımının növbəti bahalaşmalara yol açma təhlükəsi var. Cənab Prezident və Nazirlər Kabineti tərəfindən sərəncam verildi ki, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində tədbirlər görülsün və bu 2022-ci ilin büdcəsində də nəzərdə tutulsun .İqtisadçı kimi hesab edirəm ki, ən azından bahalaşma ilə bu proses paralel şəkildə aparılmalı idi.

Nəzərə almaq lazımdır ki, 3 ay öncə qazın qiymətində bahalaşma 1200-ə qədər olan hissəsində məhz əhalinin aşağı təbəqəsinə təsir etməsin deyə xüsusi vurğulanmışdı. Bu gün isə məhz o hissədə 1000 kub metrdə 100 manatdan 120 manata qədər bahalaşma olub. Bu da ideoloji cəhətdən ziddiyyət yaradır.

Ekspert vurğulayıb ki, bütün bu prosesdə istehlakçının rolu yoxdur , onun münasibətini heç kim soruşmur:

“Bütün istehlakçıların proses ərəfəsində sadəcə xərcləri artır ” .