Tribuna İnformasiya Agentliyi

Qaz idarəsinin işçisini döyüb öldürdülər – Video

19 Noyabr

Ağstafa Qaz İstismarı Sahəsində sürücü işləyən şəxsi öldürənlər tutulub. 

Ağstafa Qaz İstismarı Sahəsində sürücü işləyən şəxsi öldürənlər tutulub.

TİA.AZ ARB TV-yə istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağstafa şəhər sakinləri – Samir Əliyev və Fərid Əliyev paytaxtın Sabunçu rayonu ərazisində saxlanılıblar.

Xatırladaq ki, Bakı şəhər sakini Tural Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti noyabrın 13-də Ağstafa sakini Samir Əliyevə məxsus “VAZ-2106” markalı avtomobildə xəstəxanaya gətirilmişdi.

Faktla bağlı araşdırmalar davam edir.