Qayəsi xeyirxahlıq olan millət vəkilibackend

Qayəsi xeyirxahlıq olan millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

70 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı dəyərli Məşhur Məmmədovun ad günüdür. Məşhur müəllim barədə o qədər xoş təəssüratlarım var ki, o təəssüratların zərrəsi belə bir məqaləyə sığışmaz. Məşhur müəllim barədə yazmaq həm çətindir, həm də şərəfli. Çətindir ona görə ki, tərifdən qətiyyən xoşlanmır, gördüyü xeyriyyə işlərində adının çəkilməsini qətiyyətlə qadağan edir. Şərəflidir ona görə ki, etdiyi xeyirxahlıqları, gördüyü işləri sadalamaqla bitməz. Məşhur Məmmədovu nəinki öz dairəsində, demək olar ki, bütün Masallı rayonu əhalisi özünə doğma bilir.

Çünki Milli Məclisə deputat seçilməzdən əvvəl qədirbilən Masallı camaatı onun əməllərini görüb, elə bu səbəbdən layiqincə qiymətləndirib, onu özlərinə millət vəkili seçiblər. Məşhur Məmmədov deputat seçiləndən bir müddət sonra Vətən Müharibəsi başladığı üçün, fəaliyyətinin çox hissəsi Şəhid və qazi ailələrini ziyarətə, onların qayğı və problemlərinə yönəldi. O, bacardıqca seçicisi olan Şəhidlərin mövludu və anım günlərində şəxsən iştirak edir, özündən asılı olmayan səbəblərdən qatıla bilmədikdə isə mütləq köməkçilərini şəhid ailələrinin evinə yollayır. Masallı şəhidlərinin xatirəsinə tikilən bulaqlar, xatirə kompleksləri, Qəhrəmanlar Parkında da millət vəkilinin maddi və mənəvi dəstəyi var. O, Masallının gələcəyi olan balacaları da unutmayıb, onların rahat təlim-tərbiyə alması üçün 3 uşaq baxçası, körpələr evinin tikilib-başa çatmasında, istifadəyə verilməsində təşkilatçı olub.

Bildiyimiz kimi, cənub zonası tarixən erkən nigahlara meyilli zonadır. Məşhur müəllimin fəaliyyətindən danışarkən, onun qızların təhsili üçün failiyyəfindən danışmasam, olmaz. Yaratdığı Masallı Təhsil Fondu vasitəsilə ali məktəbə hazırlaşan 70 saylı Dairənin qızları əyani vəsaitlərlə təmin olunur. Ali məktəbə qəbul olduqda isə kirayə və təhsil haqları qarşılanır. Deputat həm bununla erkən nigahın qarşısını alır, həm də valideynlərin imkansızlığı səbəb göstərib qızlarına göstərdiyi maneəni dəf edir. Məşhur Məmmədov çox yaxşı bilir ki, bir qıza təhsil vermək, bir gələcək anaya təhsil verməkdir ki, gələcəkdə cəmiyyətə layiq övladlar yetişdirsin.

Məşhur müəllim təşkilati işlərdə olduğu kimi, siyasi fəaliyyətində də həmişə öndə gedən millət vəkilləri sırasındadı. Yeni Azərbaycan Partiyasını ləyaqətlə təmsil edən millət vəkili ölkədə gedən bütün ictimai-siyasi proseslərə öz reaksiyası ilə fərqlənir, vaxtaşırı ölkə mətbuatında, media resuslarında çıxış edir, ona ünvanlanan sualları cavablandırır.

Qısa cümlələrlə az da olsa Məşhur Məmmədovun fəaliyyətinə nəzər saldım. Mənə elə gəlir ki, oxuyanda etdiklərini dilə gətirdiyim üçün, inciməyəcək. Bu, səmimi bir təbrik, media nümayəndəsi olaraq fəaliyyətə bir baxışdır.
Əziz Məşhur müəllim, yeni yaşınız mübarək! Can sağlığı və fəaliyyətinizdə uğurlar arzulayıram. Bu təbrik, həm də rəhbərlik etdiyim Azadmedia Xəbər Portalının kollektivinin təbrikidir.

Xəlil Xəlilov,
Azadmedia Xəbər Portalının Baş redaktoru