“Qaya Tikinti İnşaat” MTK Xətaidə məktəbin düz qabağında göydələn tikir-ŞİKAYƏT(FOTOLAR,VİDEO)backend

“Qaya Tikinti İnşaat” MTK Xətaidə məktəbin düz qabağında göydələn tikir-ŞİKAYƏT(FOTOLAR,VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu ölkədə harınlamış  məmurlar yaşamağa imkan vermir!”

TİA.AZ xəbər verir ki, bu sözləri jurnalist Anar Niftəliyev öz feysbuk hesabında yazıb. Jurnalist paylaşımında qeyd edib ki, Xətai rayon Gəncə prospektində çıxışı olmayan bir ərazidə göydələn tikmək üçün hazırlıq gedir. Sözügedən paylaşımı olduğu kimi təqdim edirik:

“Bura məktəbdir – 269 saylı, Xətai rayonunda. Düz önündə, Gəncə prospektinə çıxışı olmayan, yolu olmayan qapalı yerdə göydələn tikmək istəyir Qaya MTK!

Bina sakinləri etiraz etdi, Xətai İH, deputat işə qarışdı – dayandırdılar. Xətai İH dedi, 2015-də hər addımı satan Razim başçı satıb yeri, bina üçün əlverişli yer deyil.

Arxitektura Komitəsi də dedi, məktəbin üstü, yolsuz, qapalı yerdir, sahibkara izah ediləcək, orda bina tikintisi mümkün deyil.

İH-dən buranı park edəcəklərinə söz verdilər. Amma qısa müddət sonra hamısı geri çəkikdi.

İH dən açıq şəkildə dedilər ki, bunun arxasında nazir durur, bizim gücümüz çatmır.

Aradan bir ay keçdi, bu gün polisi töküb, işə başlayıblar. Polis etiraz edəni bölməyə aparmaq üçündür.

Kanallar gəlib çəkib, sakinlərin narazılığı var. Amma yəqi O NAZİRin əli ora da çatacaq.

O nazir kimdi, bilmirəm, ancaq adını öyrənəcəyik mütləq.

Məncə, ölkənin yiyəsi İlham Əliyevdir, o nazir deyil. Gərək Xətainin yeni başçısı da biləydi ki, onu bu vəzifəyə nazir qoymayıb.

Davamı olacaq. Siz fotolara baxın…”.

Qeyd edək ki, adıçəkilən  “Qaya Tikinti İnşaat” MTK tərəfindən ərazidə ağacların kəsilməsi və qanunsuz bina tikməsi barədə ətrafdakı binaların sakinlərinin etirazı mətbuatda dəfələrlə işıqlanıb.

TİA.AZ