Qaxda üç uşaq anası intihar edibbackend

Qaxda üç uşaq anası intihar edib

Bu gecə Qax rayonunun Qaratala kəndində intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, kənd sakini, 1992-ci il təvəllüdlü Fatma İbadullah qızı Abbasovanın meyiti asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib. Üç uşaq anası olan F. Abbasovanın intihar etməsinin səbəbi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki