Qaxda ağaclar kəsildi – Təbiətə 6 000 manatdan çox ziyan vuruldubackend

Qaxda ağaclar kəsildi – Təbiətə 6 000 manatdan çox ziyan vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qax rayonunun Zəyəm kəndindəki qəbiristanlığın ərazisində ağacların kəsilməsil ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.
Bu barədə TİA.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, Qax rayonu Zəyəm bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 3 ağacın kəsildiyi və təbiətə 6 600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Qax rayon Prokurorluğuna göndərilib.