Qax rayonunda tenderləri hansı şirkətlər udur?backend

Qax rayonunda tenderləri hansı şirkətlər udur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ilin ilin yanvar-sentyabr aylarında Qax rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 889 min 865 manat olan 21 tender keçirilib.

FED.az-ın məlumatına görə, ən çox tender keçirən Qax rayon İcra Hakimiyyəti olub. Qax Rayon İcra Hakimiyyəti 9 müqavilə bağlayıb. Qurum tenderlərinin ümumi məbləğinə görə də birincidir. Belə ki, icra hakimiyyətinin tenderlərinin ümumi məbləği 1 milyon 367 min 263 manatdır.
Bundan başqa Qax rayon Mərkəzi Xəstəxanası ümumi məbləği 106 min 852 manat olan 8 müqavilə, Qax Suvarma Sistemləri İdarəsi isə ümumi məbləği 417 min 750 manat olan 4 müqavilə bağlayıb.

Rayonun ən böyük tenderlərini “ŞANS-16” MMC, “CAHANDAR -H” MMC, Rövşən Əliyev və “Kenanşin” MMC qazanıb.

2020-ci ilin ilin yanvar-sentyabr aylarında Qax rayonunda keçirilən tender müqavilələrin siyahısını təqdim edirik.