Qatarlarda gedişhaqqının artırılması çox sərt qərardır – Ekspertbackend

Qatarlarda gedişhaqqının artırılması çox sərt qərardır – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Gedişhaqqının iki dəfə artırılması indiki dövr üçün ağır qərar oldu”.
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı Bakı-Gəncə qatarının gedişhaqqının qaldırılmasını şərh edərkən deyib.
Onun fikirincə, hər bir halda bunu mərhələli şəkildə həyata keçirmək daha yaxşı olardı:
“Ki, ən azından insanların da sosial durumu bu qərarı həzm etməyə imkan versin. Gedişhaqqının artırılması qaçılmaz haldır. Çünkü bütün dünyada enerjidaşıyıcılarının qiyməti qalxıb. Xidmətlə bağlı artım baş verir. Bir tərəfdən biz rahat ictimai nəqliyyat – yeni, müasir qatarlar tələb edirik, digər tərəfdən həmin qatarda ucuz gedib-gəlmək istəyirik. Düşünürəm ki, hökumət çox ciddi təhlillər aparıb, sonra belə bir qərara gəlib”.
Ekspert hesab edir ki, belə bir qərarın verilməsi arqumentlərə əsaslanmalıdır:
“Onlar əsaslandırıb ki, sürət qatarıdır və təmir işləri gedib. Başa düşüləndir. Amma onun adı sürət qatarıdır,  nə qədər qısa yollarla hərəkət etsə də, maşından gec çatır. Bu qərarı daha ciddi arqumentlərlə əsaslandırmaq lazımdır. Hesab edirəm ki, belə bir arqument yoxdur”.
Elməddin Muradlı əlavə edib ki, dəmir yollarının müasirləşməsi, yeni qatarların alınması, təmir-bərpa işləri, infrastruktur kimi məsələlər qiymət artımını qaçılmaz edir:
“Qiymət artımı stabil qala bilməz”.
Qeyd edək ki, martın 19-dan Bakı-Gəncə qatarının hərəkəti bərpa olunacaq. Sürət qatarında gedişhaqqı standart yerlər üçün 10 manatdan 20 manata, biznes yerlər üçün isə 25 manatdan 33 manata çatdırılıb.