Tribuna İnformasiya Agentliyi

Qatar neft dolu avtosisternlə toqquşdu

28 Mart

Pakistanda sərnişin qatarının neft dolu avtosisternlə toqquşması nəticəsində ağır qəza baş verib. 

Pakistanda sərnişin qatarının neft dolu avtosisternlə toqquşması nəticəsində ağır qəza baş verib.

Trend xəbər verir ki, son məlumata görə, qəza nəticəsində azı 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

İnsident gecə saatlarında Şeyxpur mahalında baş verib. Polisin verdiyi məlumata görə, dəmir yolu xətti yaxınlığında avtosisternin əyləc sistemi işləməyib. Lakin həmin vaxt dəmir yolu xətti qarşısında şlaqbaumun da açıq olması barədə məlumat ver.

Qəza nəticəsində ölən iki nəfər qatarın maşinisti və köməkçisi olub. Toqquşmadan sonra baş verən partlayışla qatarın digər vaqonlarını da alov bürüyüb.

Hadisə yerinə yanğınsöndürənlərin və xilasedicilərin dərhal gəlməsi qəzanın miqyasının böyüməsinin qarşısnı alıb.