Qasparyanın Sərkisyanla telefon danışığı yayıldı: Paşinyanı söydübackend

Qasparyanın Sərkisyanla telefon danışığı yayıldı: Paşinyanı söydü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Onik Qasparyanla keçmiş prezident Serj Sərkisyanın telefon danışığı erməni mediasının gündəmini zəbt edib.
Qaynarinfo xəbər verir ki, erməni mediası Onik Qasparyanın Serj Sərkisyanla telefon söhbətində Baş nazir Nikol Paşinyanı sərt tənqid etdiyi, hətta aşağıladığı bildirilir.
Qasparyanla Sarkisyanın telefon danışığı haqqında məlumatı Ermənistanın Vatikanda səfiri olmuş Mikael Minasyan yayıb. O həm də ikinci prezidentin kürəkənidir.
Amma Minasyan təfərrüatları açıqlamayıb. Erməni mediası isə yazır ki, telefon danışığı Nikol Paşinyanın Sünik bölgəsinə səfəri ərəfəsinə təsadüf edib.
Nikol Paşinyan ötən il dekabrın 21-də sözügedən bölgəyə səfər edib. Baş nazirin bölgədə etirazla qarşılanacağı təhülkəsi olduğundan səfərdən əvvəl Qasparyan Sünikə gedib. Orada Paşinyanın səfəri ilə bağlı təhlükəsizlik tədbirləri həyata keçirilib. Bu barədə Serj Sərkisyana məlumat çatdıqda o, məhz  Qasparyanın bu missiyanı üzərinə götürməsindən təəccüblənib. Bundan xəbər tutan Baş qərargah rəisi qəzəblənərk Sərkisyanla telefon əlaqəsi saxlayıb və Paşinyanı sərt tənqid edib və bildirib ki, o, Baş nazirin xidmətçisi deyil.
Onik Qasparyanla Paşinyanın münasibətləri indi də gərgindir. Bir neçə gün əvvəl Baş Qərargah Paşinyanın istefasını gündəmə gətirmişdi. Baş nazir isə onu tutduğu vəzifədən azad etmək üçün prezident Armen Sarkisyana təqdimat göndərmişdi. Lakin Onik Qasparyan hələ də vəzifədədir.