Tribuna İnformasiya Agentliyi

Qaşıqçını “Pələng dəstəsi” öldürüb: Cinayətin üstü açıldı

08 Noyabr
Səudiyyəli jurnalist Camal Qaşıqçını öldürən qrupun daha əvvəl Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sağ qolu olan adamı öldürdüyü ortaya çıxıb.
Publika.az xəbər verir ki, bu haqda BBC bildirib.
Qeyd edilir ki, Camal Qaşıqçı cinayəti 2018-ci ildə qurulan 50 nəfərlik “Pələng komandası”nın içindəki qrup tərəfindən işlədilib. Həmin komandanın daha əvvəl şahzadə Salmanın “qara qutusu” adlandırılan general-leytenant Əli Əl-Kahtanini döyərək öldürdüyü bildirilir.
Səudiyyə rəhbərliyinin tanınmış müxaliflərindən olan Saad Əl-Fakihin sözlərinə görə, “Pələng komandası”nın vəzifəsisi ölkə daxilində və xaricindəki rəqiblərini öldürməkdir.
Qeyd edək ki, Səudiyyə jurnalisti Camal Qaşıqçı “Vaşinqton Post” qəzetində işləyirdi və 2017-ci ildən ABŞ-da yaşayırdı. O, oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunun binasına girəndən sonra yoxa çıxıb. Oktyabrın 20-da Səudiyyə Ərəbistanının Baş prokurorunun yaydığı xəbərə görə, jurnalist konsulluq əməkdaşları ilə dava nəticəsində ölüb. Hadisə ilə əlaqədar 18 nəfər saxlanılıb.
İndiyə kimi, Qaşıqçının öldürülməsi ilə bağlı indiyə kimi müxtəlif versiyalar irəli sürülüb.