Qardaşın bacısını suda boğaraq öldürməsinin TƏFƏRRÜATIbackend

Qardaşın bacısını suda boğaraq öldürməsinin TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şabran rayonunda qadının qardaşı tərəfindən öldürülməsinin bəzi təfərrüatları məlum olub.
Rayonun Ağbaş kəndində qeydə alınan hadisə ailə münaqişəsi zəminində baş verib.
Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Elşən Abdulov 4 uşaq anası olan bacısı, 1987-ci il təvəllüdlü Leyla Müseyibova ilə mübahisə edib. Mübahisəyə bacısının növbəti dəfə ər evindən küsüb ata evinə qayıtması səbəb olub.
Bacısının ər evindən küsərək ata evinə gəlməsini qəbul etməyən E.Abdulov onu Samur-Abşeron kanalının kənarına gətirərək suya itələyib.
Beləliklə, L.Müseyibova su kanalında boğularaq ölüb.
Qeyd edək ki, faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elşən Abdulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.