Qaragölün Azərbaycana aid olduğunu təsdiqləyən məxfi hərbi xəritələr (FOTOLAR)backend

Qaragölün Azərbaycana aid olduğunu təsdiqləyən məxfi hərbi xəritələr (FOTOLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın Kiçik Qafqaz və Zəngəzur zonasına aid 1942-ci il xəritəsində çox sualın cavabı var.
Bizim.Media xəbər verir ki, Qaragöllə bağlı ermənilərin tarix saxtalaşdırmaları və vay-şüvən salmaqları əsassızdır.
Gölün SSRİ zamanında hansı ölkəyə aid olduğunu araşdırmaq üçün “İrəvan Komitəsi” ictimai birliyinin sədri Tofiq Cəmil oğlu Həsənovla əlaqə saxladıq.
Daha öncə İrəvan xanlığının xəritəsini hazırlayan ziyalı bizim suallara iki xəritə ilə cavab verdi. Həmin xəritələri hazırlayan rusiyalı hərbi hissə komandiri, polkovnik-leytenant Q.A.Skvorçov olub.
Sözügedən xəritələrdən biri Cənubi Qafqaz, daha dəqiq desək, Kiçik Qafqaz və Zəngəzur bölgələrini əhatə edir. 1942-ci ilə aid xəritə Rusiyanın məxfi hərbi sənədlərindəndir.
Həmin xəritə sonradan yenidən hazırlanıb. Bu zaman 1952 və 1954-cü illərdə çəkilən foto və materiallardan istifadə olunub. İkinci məxfi xəritə isə 1942-ci il variantının 1973-cü ildə yenilənmiş formasıdır. Xəritələrdən açıq-aydın görmək olar ki, Qaragöl Ermənistan sərhəddindən çox aralıda, xəritənin Azərbaycana aid olan hissəsindədir.
Bizə xəritənin görüntülərini əldə etməkdə kömək olan Tofiq Həsənov və başqa tarixçilərin dediklərinə görə, ermənilərin əl-ayağa düşməsinə əsas səbəb sərhədlərlə bağlı həqiqətlərin üzə çıxmasından qorxmaqlarıdır.
Çünki Sovet İttifaqı dövründə hazırlanan xəritələrin orijinal versiyası Moskva Dövlət Arxivində saxlanılır. Həmin sənədlərə müraciət olunsa, müxtəlif erməni saxtakarlıq və işğalçılıqlarının üstü açılacaq.
Həqiqəti öyrənmək üçün məxfi hərbi xəritələrin də rolu böyükdür. Sadəcə, hərbi xəritələrin yayılması qadağandır. Amma biz belə xəritələrdən ikisini əldə edə bildik. Bəhs etdiyimiz xəritələrdə Qaragöllə yanaşı digər ərazilərin də hansı dövlətə aid olduğunu görmək olar.