Tribuna İnformasiya Agentliyi

Qaradağda Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü

05 Dekabr

6 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür 6 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür

05 dekabr 2016-cı il tarixində Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününə həsr olunan tədbir keçiriliddir

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, başçının müavinləri, aparatın şöbə müdirləri, Qaradağ Rayon Məhkəməsinin və rayon ərazisində yerləşən Cəzaçəkmə müəssisələrinin bir qrup işçiləri iştirak eedibdir.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov peşə bayramı münasibətilə bütün Rabitə və informasiya texnologiyaları sahəsi iişçilərini təbrik etmişdir. Bildirilmişdir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsis olunub. O vaxtdan bütün respublikada rabitəçilər və informasiya texnologiyaları sahəsinin işçiləri öz peşə bayramlarını qeyd edirlər. Peşə bayramının məhz bu gündə qeyd olunması Azərbaycanda ilk telefon xəttinin yaradılması ilə bağlıdır. Belə ki, 1881-ci il dekabrın 6- da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir.

Azərbaycanda rabitə sahəsi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf etməyə başlayıb. Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü 70-80- ci illərə təsadüf edir. Həmin illərdə respublikaya rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır.

 Həmçinin, 90-cı illərdə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektoru da inkişaf etməyə başladı,  ölkədə bu yeni sektorun inkişafı prosesi sürətlənirdi, Azərbaycanın internet seqmenti genişlənirdi.

Son illər ərzində beynəlxalq ekspertlər Azərbaycanda informasiya texnologiyalarının sürətlə inkişafı qeyd edirlər. İKT sahəsi üzrə gəlirlərin artım tempi son illər ərzində dünya üzrə artım tempini bir neçə dəfə üstələyib.  Təkcə 2012-ci il ərzində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının və Elektron Təhlükəsizlik Mərkəzinin yaradılması haqqında sənədlər imzalanıb. Cari ilin noyabrında illik Bakutel sərgi-konfransı ilə yanaşı, Bakıda dünya əhəmiyyətli İnternet İdarəçilik Forumu (IGF 2012) da keçirilib. Bütün bunlar hökumət tərəfindən İKT sektoruna böyük diqqətin yetirilməsini bir daha sübut edir. Yığıncaqda Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin fəaliyyətlərinə böyük diqqət və qayğıya görə iştirakçılar adından dövlət başçısına dərin minnətdarlıq ifadə olunmuşdur.

Tədbirin sonunda Rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə, 06 dekabr – Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə günü münasibəti ilə Qaradağ Rayon Məhkəməsinin 8 əməkdaşı qiymətli hədiyyələr və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilmişdir.