Qaradağda fəhlə iş başında öldübackend

Qaradağda fəhlə iş başında öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İyulun 7-i saat 16:00 radələrində Qaradağ rayonu, Gülbaxt adlanan ərazidə yerləşən daş karxanasında 1981-ci il təvəllüdlü Vəli Quliyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, “Araz Mİ” MMC-yə məxsus daş karxanasında fəhlə işləyən Vəli Quliyev “Zil” markalı qaldırıcı kran tipli yük avtomobilinin mühərrikindən ayrılmış elektrik naqilini birləşdirən zaman cərəyanın vurması nəticəsində hadisə yerində ölüb.