Tribuna İnformasiya Agentliyi

Qaradağda ağacəkmə aksiyası keçirilib – Fotolar

08 May

Qaradağ Rayon İcra Hakimiyyəti IDEA İctimai Birliyi ilə birlikdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib

TİA.AZ  xəbər verir ki, ağacəkmə aksiyası IDEA Heyvanlara Qayğı Mərkəzinin (IACC) qarşısında, Bakı – Ələt (Astara) magistral yolunun kənarında, Ələt, Qobustan, Sanqaçal, Ümid, Sahil və digər qəsəbələrdə iki min ağac əkilib.
Aksiya zamanı ərazidə eldar şamı, çinar, zeytun ağacları və bəzək kollarından ibarət iki minə bitki əkilib, onlara qulluq göstərilib, yaşıllıq zonasının sahəsində təmizlik və abadlaşdırılma işləri aparılıb.
Qeyd edək ki, hazırda Qaradağ rayon ərazisində ətraf mühitin sağlamlaşdırılması ilə bağlı ekoloji tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair imzaladığı sənədlər bu sahədə mühüm nailiyyətlər əldə etmək üçün hərtərəfli şərait yaradıb. Bundan başqa Heydər Əliyev Fondunun və İDEA İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin ölkəmizdə yaşıllıqların artırılmasında, mövcud yaşıllıq sahələrinin qorunmasında mühüm rolu var.