Qaradağ rayon icra hakimiyyətinin əməkdaşlarından əcaib maarifləndirmə-FOTObackend

Qaradağ rayon icra hakimiyyətinin əməkdaşlarından əcaib maarifləndirmə-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ rayon icra hakimiyyətinin əməkdaşları rayonun qəsəbələrində yaşlı və tənha yaşayan sakinləri evlərində ziyarət edərək xüsusi karantin rejimində təbliğat, maarifləndirmə işləri aparıblar. Amma bunu  bəzən çox əcaib şəkildə ediblər.Tia.az xəbər verir ki,bu barədə öz feysbuk profilində jurnalist Azad Əliyev yazıb .O öz statusunda  qeyd edir ki, icra hakimiyyətinin əməkdaşlarının özlərinin maariflənməsinə ehtiyac var:

«Qaradağ rayon icra hakimiyyətinin əməkdaşlarıdır. Yaşlıları “maarifləndirirlər”. Ayaqqabılarına diqqət. Şəhərin bütün virusunu ayaqqabılarına yığıb onu da soyunmamış yuxarı başa keçiblər. Bunların özünü maarifləndirən lazımdır”.

TİA.AZ