Qaraciyər köçürülən aktyor Elvin Ağayev müalicəsini evdə davam etdirəcəkbackend

Qaraciyər köçürülən aktyor Elvin Ağayev müalicəsini evdə davam etdirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayev qaraciyəri dəyişdiriləndən sonra xəstəxanadan evə buraxılıb.

TİA.AZ xəbər verir ki, aktyor bu barədə öz sosial şəbəkə hesabında məlumat verib.

O qeyd edib ki, 3 avqustda uğurlu əməliyyat keçirdikdən sonra artıq həkimlərin razılığı ilə müalicəsini evdə davam etdirəcək. Aktyor, müalicə prosesinin 6 ay davam edəcəyini deyib.

Qeyd edək ki, uzun müddətdir, qaraciyər sirrozundan əziyyət çəkən Elvin Ağayevə öz bacısının qaraciyəri köçürülüb.