Tribuna İnformasiya Agentliyi

“Qarabağ”la oyunda gülünc qol buraxdıq” – “Vorskla”nın müdafiəçisi

10 Noyabr

“Vorskla”nın futbolçusu Aleksandr Çijov Avropa Liqasının qrup mərhələsininin 4-cü turunda “Qarabağ”a məğlub olduqları oyundan sonra Ukrayna mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, 32 yaşlı müdafiəçi əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

“Gülünc qol buraxdıq. Bundan sonra vəziyyəti düzəltmək üçün bizə vaxt lazım idi. Ümumilikdə, pis futbol sərgiləmədik. Qol epizodları yaratdıq, amma istifadə edə bilmədik. Rəqibin qol fürsətləri yaxalamasına isə özümüz çərait yaratdıq”.

 

– Demək olarmı ki, oyunun ədalətli nəticəsi heç-heçə idi?

– Hə, bəlkə də. Qol və ya qollar vura bilərdik. Rəqib standart vəziyyətdən fərqlənməyi bacardı.

– “Vorskla” rəqibin yüksək təzyiqinə hazır idimi?

– Bunu demək çətindir. Qısa və orta paslarla müdafiədən çıxmağa çalışdıq. Bu, mümkün olmadıqda isə topu hücumçulara çatdırmaq üçün uzun ötürmələrdən istifadə etdik.

– Bu məğlubiyyət “Vorskla”nı sındıra bilər?

– Belə olacağını düşünmürəm. Biz Avropa Liqasının dadını indi bildik. Bu, komandamız üçün yaxşı təcrübədir. Düşünürəm ki, bu matçdan sonra özümüzü toparlayıb, “Şaxtyor”la görüşə müsbət nəticə üçün çıxacağıq. “Qarabağ”a məğlubiyyət bizi komanda şəklində daha da birləşdirəcək. Çünki yaxşı kollektivimiz var.