Tribuna İnformasiya Agentliyi

Qarabağ”ın rəqibləri məlum oldu – UEFA AÇIQLADI

27 Noyabr

 Ukraynada hərbi vəziyyətin elan olunması “Vorskla” və İngiltərə “Arsenal”ı arasındakı Avropa Liqasının qrup mərhələsinin V tur matçına təsir etməyəcək.

TİA.AZ-ın “Report”a istinadən verdiyi məlumata görə, UEFA görüşün planlaşdırıldığı kimi, noyabrın 29-da Poltavada təşkil olunacağını açıqlayıb.

Avropa futbol qurumu oyun zamanı bütün lazımi təhlükəsizlik tədbirlərinin görüləcəyini vurğulayıb.

Aleksey Butovski adına stadionda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.

Hər iki komanda “Qarabağ”la birgə E qrupunda yer alıb.

Qeyd edək ki, hərbi vəziyyət Kerç boğazındakı münaqişə üzündən elan olunub.