Tribuna İnformasiya Agentliyi

“Qarabağ”ın qapıçısı Millətlər Liqasında 6 qol buraxdı

09 Sentyabr
İslandiya millisi UEFA Millətlər Liqasına böyükhesablı məğlubiyyətlə başlayıb.
Qaynarinfo xəbər verir ki, A Liqasının 2-ci qrupunda yer alan skandinaviyalılar ilk turda səfərdə İsveçrənin qonağı olub.
İslandiya millisi rəqibinə 0:6 hesabı ilə uduzub. Bu oyunda İslandiya millisinin qapısını “Qarabağ”ın qolkiperi Hannes Halldorsson qoruyub. Onu Stiven Tsuber, Denis Zakaria, Cerdan Şakiri, Haris Seferoviç, Albian Ayetinin və Admir Mehmedi məyus edib.