backend

“Qarabağ”ın qapıçısı Bakıda ölümlə nəticələnən qəza törətdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda ölümlə nəticələnən yol qəzası törədən sürücünün “Qarabağ” futbol klubunun oyunçusu olduğu müəyyənləşib. 

Bakıda ölümlə nəticələnən yol qəzası törədən sürücünün “Qarabağ” futbol klubunun oyunçusu olduğu müəyyənləşib.

“BMW X5” markalı, 90 OH 111 dövlət nömrə nişanlı avtomobili idarə edən Emil Balayev “Qarabağ” futbol klubunun qapıçısıdır. (apa)

***

Bakıda bir ailənin bütün üzvləri qəzaya düşüb.

Hadisə Suraxanı rayonu Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, Ə.Bağırov marketə daxil olmaq üçün idarə etdiyi “Mercedes” markalı avtomobilini yol kənarında saxlayıb. O, geri qayıdaraq maşınına əyləşmək istəyib. Bu zaman yüksək sürətlə gələn “BMW” markalı avtomobil Ə.Bağırovun yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış maşınına çırpılıb. Nəticədə piyada qismində Ə.Bağırov, o cümlədən “Mercedes” markalı avtomobildə olan onun həyat yoldaşı Bağırova Günel Məzahir qızı ağır xəsarət alıb. G.Bağırovanın qucağında olan 6 aylıq Bağırov Xalid Əbdulbağır oğlu isə avtomobildən bir neçə metr kənara düşərək ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanılıb. 

(report)