“Qarabağ”ın legioneri: “Ümid edirəm ki, hər şey daha az ölümlə həll olar”backend

“Qarabağ”ın legioneri: “Ümid edirəm ki, hər şey daha az ölümlə həll olar”

“Burada 1100-dən çox insan koronavirusa yoluxub. Aprelin 20-dək evdə qalmalıyıq”.

“Report” xəbər verir ki, bu fikirləri “Qarabağ”ın futbolçusu Miçel Madeyra Azərbaycandakı vəziyyət barədə “Lavozdeasturias” nəşrinə açıqlamasında deyib.

35 yaşlı yarımmüdafiəçi ehtiyacı olanları almaq üçün gündə yalnız iki saat çölə çıxa bildiklərini söyləyib: “Bunu edərkən sms göndərməliyik. Aprelin 23-də UEFA İcraiyyə Komitəsinin iclası olacaq. Liqaların taleyini həmin vaxt biləcəyik”.

Miçel qaydaların sərt olduğunu və hər şeyin düzələcəyinə ümid etdiyini vurğulayıb.

İspaniyalı legioner ölkəsi barədə də danışıb: “İspaniyadan görmək istədiyim – ölkəmin çox yaxşılaşmasıdır. Ümid edirəm ki, hər şey daha az ölümlə həll olar. Məşqə və futbola ən qısa vaxtda qayıtmaq hamımızın istəyidir”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının oyunları koronavirusa görə dayandırılıb. Miçel Madeyra “Qarabağ”da 2015-ci ildən çıxış edir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az