“Qarabağın dirçəlişi Qafqazda sabitliyi möhkəmləndirəcək” – Mikayıl Cabbarovbackend

“Qarabağın dirçəlişi Qafqazda sabitliyi möhkəmləndirəcək” – Mikayıl Cabbarov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni geosiyasi reallıq, Qarabağda böyük bərpa planları və regionda nəqliyyat əlaqələrinin açılması Azərbaycanda inkişaf və məşğulluğa töhfə verəcək.

TİA.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook”dakı hesabında qeyd edib.

Onun sözlərinə görə, Qarabağın dirçəlişi Qafqazda sabitliyi möhkəmləndirəcək və Azərbaycanın regional mərkəz kimi rolunu gücləndirəcək.