QARABAĞDAN SONUNCU ERMƏNİSTAN ƏSGƏRİ AVQUSTUN 30-DA ÇIXACAQ, ARAİKİN SİLAHLI DƏSTƏLƏRİ İSƏ…backend

QARABAĞDAN SONUNCU ERMƏNİSTAN ƏSGƏRİ AVQUSTUN 30-DA ÇIXACAQ, ARAİKİN SİLAHLI DƏSTƏLƏRİ İSƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinin və Baş Qərargahın şəxsi heyətin idarə edilməsi baş idarəsinin rəis müavini, polkovnik Saak Saakyan bir faktı etiraf edib. TİA.Az erməni KİV-ə istinadən məlumat verir ki, o, reallığı açıqlayıb.

Sitat: “Sonuncu dəfə Qarabağda həqiqi hərbi xidmət keçmək üçün Ermənistandan göndərilmiş əsgər 2020-ci ilin avqustun 30-da yola salınıb. Bu il avqustun 30-da həmin hərbçilər tərxis olunacaqlar. Həmin gündən sonra Qarabağda Ermənistanın bir əsgəri belə qalmayacaq. Ermənistanın hərbi siyasi rəhbərliyi qərar verib ki, bundan sonra Qarabağda yalnız müqaviləli hərbçilər xidmət edə bilərlər. Sentyabrın 1-dən isə Qarabağ “müdafiə ordusu” şəxsi heyəti formalaşdırmağı öz imkanları hesabına həyata keçirməli olacaq”.

TİA.Az