Tribuna İnformasiya Agentliyi

“Qarabağ”dan ayrılan qapıçı Türkiyədə: Super Liqa klubuna keçir

09 İyun
“Qarabağ”dan ayrılan İbrahim Şehiç karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Qaynarinfo “Erzurum Haber”ə istinadən xəbər verir ki, Bosniya və Hersoqovina millisinin qapıçısı Super Liqaya vəsiqə qazanan “Ərzrumspor”la anlaşıb. Onun qarşıdakı günlərdə Ərzruma gedərək rəsmi müqaviləyə imza atacağı deyilir.
Qeyd edək ki, 2013-2018-ci illərdə “Qarabağ”ın formasını geyinən Şehiç daha əvvəl vətənində “Jelezniçar” və Türkiyədə “Mersin İdman Yurdu” komandalarında çıxış edib. Onun İtaliyanın “Parma” klubuna keçəcəyi deyilirdi.