Qarabağda kənd təsərrüfatının dirçəlişi iqtisadiyyatımızı yüksəldəcəkbackend

Qarabağda kənd təsərrüfatının dirçəlişi iqtisadiyyatımızı yüksəldəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda sənaye, sosial obyektlərin və başqa infrastruktur layihələrlə yanaşı ərazinin kənd təsərrüfatı da tezlikə həllini tapacaq.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bu sahədə aparılan işlərdən danışaraq göstərmişdir ki, sovetlər dönəmində Qarabağ və ətraf rayonlarda kənd təsərrüfatı yüksək dərəcədə inkişaf etmişdi. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın rayonlarında pambıqçılıq, tütünçülük, taxılçılıq və heyvandarlıq məhsullarının istehsalı lazımı səviyyədə idi.

Bu məhsulların istehsalı üçün sənaye obyektləri də ünvan tapmışdı. Lakin 28 il ərzində bu rayonlarda daşı-daş üstündə qoymayan erməni vandalları eyni zamanda təbii sərvətlərimizə – meşə və su bəndlərimizə münasibətdə də xislətlərini göstəriblər. Bu hesaba həmin ərazilərdə kənd təsərrüfatı məhv edilmişdir. Heyvandarlıq fermaları sökülüb dağıdılmışdır.

Ölkə başçısı göstərmişdir ki, həmin torpaqlar artıq doğru əllərdədir. Bu əllər yenə də əraziləri təmizləyəcək, burada yüz min hektarlarla sahədə kənd təsərrüfatı məhsullarını yetişdirəcəklər. Artıq bu işlərə start verilib. Qarabağda böyük kənd təsərrüfatı potensialı var. İşğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının fəaliyyəti üçün zəngin imkanlar mövcuddur. Burada bəzi layihələr həyata keçirilmək üzrədir. Artıq 7 min hektarda payızıq taxıl əkilib. Yazda kənd təsərrüfatının başqa sahələrinə də meydan veriləcək. Məsələn, bağçılığa diqqət ilk növbədə artırılacaq.

Qarabağda kənd təsərrüfatının dirçəlməsi ölkə iqtisadiyyatının yüksəlməsinə böyük kömək olacadır.

Rafət ABBASOV,

Masallı rayonu, “Tərəqqi” medallı fermer