Tribuna İnformasiya Agentliyi

Qarabağda işğalçı ölüb

09 Aprel

Dağlıq Qarabağda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində atışma nəticəsində erməni hərbi qulluqçu həlak olub.

Oxu.Az bu barədə “armeniansputnik.am”a istinadən xəbər verir.

İnformasiyaya görə, aprelin 9-da 14:20 radələrində Ermənistanın ordu mövqelərinin cənub istiqamətində yerləşən hərbi hissənin postunda  19 yaşlı hərbi qulluqçu Narek Arutyunyan güllə yarası alıb.

Hərbçinin aldığı güllə yarasından həlak olduğu bildirilir. Hadisənin təfərrüatı barədə məlumat verilmir.