QARABAĞDA İKİNCİ 27 SENTYABR OLACAQMI? HƏRBİ ANALİTİKDƏN MÖVQEbackend

QARABAĞDA İKİNCİ 27 SENTYABR OLACAQMI? HƏRBİ ANALİTİKDƏN MÖVQE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əməliyyatların nə vaxt başlaması barədə konkret nəsə deyə bilmərəm, çünki bu, bizdən asılı deyil”.

Bunu TİA. Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, Azəbaycan müharibə, yaxud da döyüş əməliyyatlarının bərpa olunmasında maraqlı deyil:
“Bizim əsas gündəliyimiz sülh gündəliyidir. Biz münaqişəni siyasi yollarla, sülh sazişinin imzalanmasına qədər apararaq problemi bu yolla həll etmək istəyirik. Əgər bizim başqa niyyətimiz olsaydı, Ermənistan tərəfinə Xarici İşlər Nazirliyi səviyyəsində beş bənddən ibarət təklifləri verməzdik. Amma əməliyyatların nə vaxt başlanması daha çox Ermənistandan asılıdır. Onlar üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri müddətcə hansısa antiterror yaxud təmizləmə əməliyyatının həyata keçirilməsi labüdlüyü real olaraq qalır”.

Aytac

TİA. Az