Qarabağda həyat yenidən canlanırbackend

Qarabağda həyat yenidən canlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ bizim idi,bizim də oldu. Bu qələbə Azərbaycanın şanlı ordusu və Ali Baş Komandanın sayəsində oldu. Artıq Qarabağ həsrətimiz bitdi. Biz Qarabağda həyatı yenidən canlandıracağıq.

Azərbaycan xalqı uzun illərdir ki, bu anı gözləyirdi. Artıq hər kəs öz doğma torpağına qovuşacaq. Bizi Qarabağamıza qovuşdurduğu üçün Ali Baş Komandanımıza təşəkkür edirik. Bu yolda canlarından keçən şəhidlərimizin ruhları qarşısında baş əyirik.

Ötən günlərdə Ali Baş Komandanımız və xanımı Birinci vitse-prezident Mehriban xanım Əliyeva düşməndən azad edilmiş ərazilərə baş çəkib. Onlar Füzuli və Cəbrayıl rayonlarında olmuş, daha sonra isə cənab prezidentimiz tarixi Xüdafərin körpüsündə Azərbaycan bayrağını sancmışdır. Bu Azərbaycan xalqı üçün qürürverici bir hadisədir.

Qarabağın ürəyi olan Şuşanın azad edilməsi şanlı qələbəmizin rəmzidir. Şuşanın azad edilməsi çox böyük peşəkarlıq və cəsarət tələb edirdi. Bunu Azərbaycanın şanlı ordusu bacardı və gücünü bir daha bütün dünyaya sübut etdi.

Artıq Qarabağın tacı olan Şuşa şəhərinə yol açılıb. Bu isə Azərbaycan üçün əlamətdar hadisədir. Füzuli-Şuşa avtomobil yolunun təməlqoyma mərasimi Qarabağa həyatın qayıtmasının rəmzidir. Qələbə günündən 8 gün və ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra artıq Alxanlı qəsəbəsindən Füzuli-Şuşa avtomobil yolu çəkildi. Eyni zamanda bu yol işğaldan azad edilmiş ərazilər üzərində aparılan birinci layihədir.

Ermənistan törətdiyi vandalizmə görə cavab verməlidir. İnsaniyyətə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır. Ermənistan hakimiyyəti beynəlxalq məhkəmələrdə cavab verəcək, bütün vurulmuş ziyanın təzminatını ödəyəcək.

Bu gün Ermənistan dövləti etdikləri bütün vəhşiliklərin cəzasını çəkir. Azərbaycan qələbəsiylə Ermənistanın yalan miflərinədə son qoydu. ”Ermənistanın güclü ordusu var”, “Erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi saxta mifləri yox oldu.

Azərbaycan bütün dünyaya sübut etdiki Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var.

İbadova Günay

Nəsimi rayon gənc