Qarabağda həyat yenidən canlanacaqbackend

Qarabağda həyat yenidən canlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq vaxtilə Ermənistan dövlətinin vəhşicəsinə işğal etdiyi, Azərbaycanın əzəli torpaqları olan Qarabağ uğrunda müharibə sona çatıb. Xalqımız Qarabağın yolunu 30 ildir ki gözləyirdi. Axır ki bizim olanı geri aldıq. Bu muharibədə bizə daim dəstək olan, yanımızda olan qardaş ölkə Türkiyə və Pakistana və bu müharibədə Azərbaycanı dəstəkləyən bütün ölkələrə, təşkilatlara və s.sonsuz təşəkkürlərimizi bildiririk. Şanlı ordumuz Ermənistanın ordusunu darmadağın etdi. Çünki biz haqq yolunda savaşırdıq. Düzgünlük, haqq-ədalət isə hər zaman qalib gələr.

Bu döyüşdə bir an belə olsun düşünmədən canlarını vətən uğrunda fəda edəcək əsgərlərimiz kifayət qədər idi. Onların bu əzmi, iradəsi sayəsində durmadan irəliyə doğru getdik və qələbə çaldıq. Şanlı ordumuz düşmənə yaşatdırdıqlarını yaşatdı. Ali baş komandanımızın göstərişləri,düzgün taktikaları sayəsində Qarabağımıza qovuşduq və azad edilmiş hər bir rayonda Azərbaycan bayrağı sancıldı. Həmçinin ön cəbhədə əsgərlərimizin, arxa cəbhədə isə biz gənclərin mübarizəsi sayəsində Azərbaycan xalqı qələbə sevincini yaşadı.

Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar. Nə böyük bir sevincdir ki, artıq xalqımız öz doğma torpaqlarına ayaq basa bilirlər. Prezidentimiz bu səfərində mənfur ermənilər tərəfindən dağıdılmış kəndləri, üzüm bağlarını video görüntü vasitəsilə öz xalqına çatdırmışdır. Həmçinin o, yolun sol və sağ tərəflərində olan dirəklərin torpaqlar işğaldan azad olunandan sonra qısa müddət ərzində qoyulduğunu da bildirdi. Bütün kəndlərin dağıdılmasıyla bağlı düşmən törətdiyi bu cinayətlərə görə cavab verəcək. Bütün kəndlərimiz, tarixi abidələrimiz, dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Bütün dünya bunu görməlidir. Sonra o,sovet vaxtından qalan bir abidəni də öz xalqına göstərdi.

O ikinci Dünya müharibəsinə həsr edilmiş abidədir.Əfsuslar olsun ki,mənfur düşmənlər onu da dağıdıblar. Cinayətkar düşmənlər bizim doğma yurdumuzu nə qədər dağıtsalar da,orada kök salmaq istəsələrdə bunu bacara bilmədilər.Biz buna heç vaxt icazə verə bilməzdik.Onların dağıtdığı yerləri biz yenidən abadlaşdıracağıq.Qarabağda həyat yenidən canlanacaq və xalqımız yenidən öz doğma torpaqlarında məskunlaşacaqlar.Qarabağ Azərbaycanın ürəyi, əzəli torpaqlarıdır və bizi heç nə ayıra bilməz.

Nəsimi rayon gənci

İbadova Güna