“QARABAĞDA ERMƏNİLƏRİN SAYI 40 MİNDƏN ARTIQ OLA BİLMƏZ” – Rusiya isə artıq bölgəyə 46 min erməni toplayıbbackend

QARABAĞDA ERMƏNİLƏRİN SAYI 40 MİNDƏN ARTIQ OLA BİLMƏZ” – Rusiya isə artıq bölgəyə 46 min erməni toplayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Dağlıq Qarabağa artıq 46 min erməni toplayıb. Bir müddət sonra bölgədə daha çox erməni ilə üz-üzə qalacağıq. Odur ki, baş verənlərə seyrçi qalmağa haqqımız yoxdur! Erməni əhalisinin demoqrafik strukturunda baş vermiş dəyişikliklər 2-ci Qarabağ savaşının başlandığı günədək Dağlıq Qarabağda 46 min erməninin qala biləcəyini inandırıcı etmir”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri tanınmış iqtisadçı Nemət Əliyev bildirib.

İqtisadçı qeyd edir ki, rəsmi statistikaya görə Ermənistanın 1992-ci ildə 3,6 milyon nəfər, 2020-ci ildə isə 2,9 milyon nəfər əhalisi olub: “Deməli, 1992-2020-ci illərdə Ermənistan əhalisi 700 min nəfər və ya 19,4% azalıb. Son 28 ildə Ermənistanın yaşadığı bu demoqrafik tənəzzül həm Xankəndində, həm Ağdərədə, həm də Dağlıq Qarabağın bəzi kəndlərində yaşamış ermənilər üçün də keçərlidir. Çünki həm orada, həm də burada yaşayan ermənilər eyni bioloji materialdandırlar, döl vermə qabiliyyətləri də eynidir. Çox bənzər məişətə sahib olub, oxşar sosial-iqtisadi şərait yaşayıblar… Belə hesab etsək ki, 90-cı illərin əvvəllərində Dağlıq Qarabağda 50 min erməni yaşayıb, o zaman onların sayı bu gün ən yaxşı halda 40 min nəfər ola bilər (50-(50×19,4%)=40,3 min nəfər). Dağlıq Qarabağa ermənilər köçürülərkən bu tendensiya diqqətdən yayındırılmamalıdır”.

N. Əliyevin sözlərinə görə, 1992-2020-ci illərdə Azərbaycanda əhali sayının 2,8 milyon nəfər və ya 38,4% artaraq 10,1 milyon nəfərədək yüksəlməsini də nəzərə almaq çox vacibdir: “Azərbaycan əhalisinin sayında diqqət çəkən bu trend kənara atıla bilməz və mütləq Dağlıq Qarabağda yaşamış azərbaycanlıların bu günkü sayı müəyyən edilərkən göz önündə tutulmalıdır. 28 il əvvəl Dağlıq Qarabağda 60 min azərbaycanlı yaşayıbsa, bu gün onların sayının 80 mindən az olmaması heç bir tərəddüdə yol vermədən istənilən danışıqlar masasında bayraq edilməlidir (60+(60×38,4%)=83 min nəfər)”.

Ekspert hesab edir ki, 30 ilə yaxın bir dövrdə həm ermənilərin, həm də azərbaycanlıların demoqrafiyasında yaşanan dəyişikliklər mütləq Kremlin nəzərinə çatdırılmalı və bu gün Dağlıq Qarabağda yaşananlar durdurulmalıdır. 

Qeyd edib ki, Qarabağın tək sahibi olmağımızı unutmamalı, haqqımızın keşiyində möhkəm dayanmağı bacarmalı, əsgərlərimizin nümayiş etdirdiyi cəsarəti siyasət meydanında davam etdirməliyik.