QARABAĞDA ERMƏNİLƏR TƏRƏFDƏN DÖYÜŞƏN YUNAN İDMANÇI QARDAŞLARDAN BİRİ ÖLDÜRÜLÜBbackend

QARABAĞDA ERMƏNİLƏR TƏRƏFDƏN DÖYÜŞƏN YUNAN İDMANÇI QARDAŞLARDAN BİRİ ÖLDÜRÜLÜB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yunanıstanın Dedeağac əyalətindən olan iki idmançının Qarabağa gələrək, Azərbaycana qarşı döyüşdükləri və onlardan birinin öldürüldüyü məlum olub. TİA.AZ xəbər verir ki, bu barədə yunan jurnalist Krikor Sakitziyan məlumat yayıb.
Sakitziyanın yaydığı məlumata görə, iki qardaş olan idmanşılar Yunanıstan Ordusunun xüsusi təyinatlı qoşunlarında qulluq ediblər. “Ermənistanda döyüşmək üçün könüllü olaraq gələn idmançı qardaşların adları açıqlanmır. Lakin onlardan birinin öldürüldüyü dəqiqdir”.
Yunan jurnalist yazır ki, Ermənistana könüllü döyüşmək üçün gedən idmançı qardaşlardan biri sağdır və o, ölən qardaşının cənazəsini götürərərk, Yunanıstana qayıdacağını deyib.