QARABAĞDA ERMƏNİ UŞAQLARININ SAYI ARTIB – RUSMƏRAMLILARIN PLANI NƏ?!backend

QARABAĞDA ERMƏNİ UŞAQLARININ SAYI ARTIB – RUSMƏRAMLILARIN PLANI NƏ?!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndidə yuva salmış qondarma rejim məlumat yayıb ki, 2022-ci ilin ilk 6 ayında Xankəndi, Ağdarə və Xocavənddə 406 oğlan və 386 qız olmaqla 792 uşaq anadan olub. TİA.Az məlumat verir ki,
Xankəndində 697, Ağdarədə 66, Xocavənddə 29 doğuş olub. 2021-ci ilin eyni dövründə həmin bölgədə doğulan uşaq sayı 593 idi, 270 oğlan, 323 qız..
Son bir ildə doğuş sayı ciddi artıb. İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, deməli, “rusməramlı qüvvələr” Ermənistandan bölgəyə köçürmə əməliyyatını sürətləndiriblər: “Amma bu günə qədər Azərbaycan vətəndaşlarının, məsələn, Xocalıya qayıtması üçün heç nə etmirlər.


Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların (azərbaycanlı – vətəndaşlıq tanımı, üst kimlikdir) Azərbaycan dövlətinə inteqrasiyasının qarşısını alan Rusiya və orada yerləşən “rusməramlı qüvvələrdir”.
Mən Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların yaşadıqları yerdə qalmasını, rahat yaşamasını istəyirəm, bunun zəmanətini isə Azərbaycan Dövləti verə bilər, sadəcə üç həlli vacib məsələ var: Orada yaşayan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli, Azərbaycan demokratik hüquqi rifah dövlətinə çevrilməli, “Rusməramlı qüvvələr” bölgəni tərk etməlidirlər – onlar qaldıqca bölgəyə sülh gəlməyəcək, erməni əsilli azərbaycanlılar isə Azərbaycana inteqrasiya olmayacaqlar”.

TİA.Az