Qarabağda “erməni ordusu”nun miskin durumu – VİDEObackend

Qarabağda “erməni ordusu”nun miskin durumu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan mətbuatı Qarabağdakı qanunuz silahlı birləşmələrin – qondarma rejimin “ordusu”nun “hərbçi”lərinin ağır durumundan bəhs edən xəbər və videokadrlar yayıb.

Bu kadrlar isə ermənilərin özləri tərəfindən heyrətlə qarşılanıb. Kadrlardan görünür ki, ermənilərin “Lısaqor” adlandırdıqları Turşsu ərazisində yerləşən qanunsuz silahlı dəstələr qarlı-çovğunlu havada miskin vəziyyətdə qalıblar və onlara sahib çıxan yoxdur. Başlarının üstündə damı olmayan erməni silahlılar tufanlı havada “xidmət edirlər”. Kadrlardan görünür ki, erməni “hərbçi”lərin çadırlarını tufan uçurub-dağıtdığı üçün onlar açıq havada qalmalı olublar. Hətta onların çarpayıları da qar-çovğunun altında qalıb. İstilikdən məhrum olan ermənilər soyuqdan donurlar. Qarabağdakı terrorçu rejimin oyuncaq “müdafiə nazirliyi” isə iddia edib ki, əsgərlər müvəqqəti sığınacaqlara yerləşiblər, ancaq həmin sığınacaqların nədən ibarət olduğunu açıqlamayıblar.

Bununla belə, iddia ediblər ki, “hərbçi”lərin normal yaşayışını təmin etmək üçün lazımi işlər görülür. Ermənistan mediası şiddətli çovğunda açıq havada qalmış hərbçilərin durumunu dəhşətli adlandırıb. Bildirilib ki, 44 günlük müharibənin cəhənnəmindən keçən əsgərlərin indi adicə kazarma şəraitindən də məhrum olması ilk dəfə deyil.

Bununla da erməni mediası özünü “dövlət” sayıb, “orduya sahib olduğunu” iddia edən araiklərin və onların ətrafındakı silahlıların acınacaqlı durumuna diqqəti cəlb edib.

Qeyd edək ki, artıq bu aydan etibarən Ermənistandan Qarabağa əsgər göndərilməsi prosesi dayandırılıb. Tezliklə Azərbaycan dövləti Qarabağın bütün ərazilərində nəzarəti ələ alacaq və terrorçu qruplaşmanın girovluğunda olan erməniləri də xilas edəcək. /Musavat.com