QARABAĞDA ARA QARIŞDI, SEPARATÇILARIN SÖZÇÜSÜ ETİRAF ETDİ – TƏFƏRRÜATbackend

QARABAĞDA ARA QARIŞDI, SEPARATÇILARIN SÖZÇÜSÜ ETİRAF ETDİ – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı terrorçuların “mətbuat katibi” Lusine Avanesyan qondarma rejimin düşdüyü rəzil vəziyyəti etiraf edib. TİA. Az xəbər verir ki, separatçıların sözçüsü Fərrux kəndindən çıxarılmış ermənilərin harada yerləşdirildiyindən xəbərsiz olduğunu bildirib. Onun sözlərinə görə, oyuncaq rejimin başçısı Arayik Arutyunyan nə köçkünlərin problemləri, nə də Qarabağın “təhlükəsizliyi” nin təmin edilməsi ilə məşğul olur.
Bundan qabaq isə Araik başından böyük açıqlama verərək deyib ki, Qarabağa qaz və elektrik enerjisinin verilməsinin dayandırılmasına razı olar, amma Azərbaycanla heç vaxt danışığa getməz. Bu haqda jurnalist Fikrət Fərəməzoğlu yazıb. Jurnalist bildirib ki, sanki terrorçubaşı ilə danışmaq istəyən varmış.

Başqa bir xəbərdə isə erməni jurnalist Nairi Hoxikyan qeyd edib ki, Azərbaycan Ordusunun Daşbaşı yüksəkliyindən sonra əsas hədəflərindən biri Canyataqla Gülyataq yüksəklikləridir. Erməni jurnalist söyləyib ki, yaxın günlərdə onların da əldən gedəcəyini görəcəyik.
Xatırladaq ki, Ermənistanın Xarici İşlər Nazirliyi: “Azərbaycan Ordusu bölmələrinin Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olmasının davam etdiyini açıqlayıb.

TİA. Az