Tribuna İnformasiya Agentliyi

“Qarabağ”a qayıtmaq istərdim. Peşmanam!” – Reynaldo-VİDEO

12 Oktyabr

“Aktobe”nin futbolçusu Reynaldo yenidən “Qarabağ”da çıxış etmək istəyindədir.

Qol.az-ın məlumatına görə, bu barədə “Xəzər TV”yə braziliyalı oyunçu bildirib.

Reynaldonun noyabrda Qazaxıstan klubu ilə müqaviləsinin müddəti başa çatacaq. Braziliyalı futbolçu bu günlərdə “Qarabağ”ın bazasında olub, komanda rəhbərliyilə görüşüb.