Tribuna İnformasiya Agentliyi

Qarabağa qanunsuz səfər edən jurnalist intihar etdi

08 İyun

CNN telekanalının aparıcısı və tanınmış aşbaz Entoni Burden intihar edib.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Euronews” məlumat yayıb.

Məlumatlara görə, 62 yaşlı aparıcının cəsədi Parisdə kirayələdiyi mənzildə aşkar edilib.

Telekanal intihar faktını təsdiqləyib: “Çox böyük kədərlə biz həmkarımız və dostumuz Entoni Burdenin ölümünü təsdiq edirik”.

Qeyd edək ki ötən il oktyabrın 26-da Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri və oradan mətbəx haqqında veriliş hazırlaması ilə əlaqədar, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, eləcə də qanunlarını pozduğu üçün A. Burdenin adının arzuolunmaz şəxslər siyahısına daxil edildiyini bildirib.