QARABAĞA DAİR RUSİYA-TÜRKİYƏ DANIŞIQLARI DALANA DİRƏNİB? – DANIŞIQLAR SABAHA QALDIbackend

QARABAĞA DAİR RUSİYA-TÜRKİYƏ DANIŞIQLARI DALANA DİRƏNİB? – DANIŞIQLAR SABAHA QALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verildiyi kimi, bu gün Ankarada Rusiya və Türkiyə arasında Qarabağa dair danışıqların yeni raundu keçirilib. TİA.AZ xəbər verir ki, danışıqlar əsasən Qarabağda rus hərbçiləri ilə yanaşı, Türkiyə hərbçilərinin də sülhməramlı kimi fəaliyyət göstərməsindən ibarət olub.
“Akşam” qəzetinin verdiyi məlumata görə, 20 nəfərlik Rusiyadan gələn nümayəndə heyəti bu gün Ankarada əvvəlcə Xarici İşlər Nazirliyində müzakirələr aparıblar. XİN-də aparılan danışıqlardan sonra tərəflər Türkiyə Müdafiə Nazirliyində bir araya gələrək, müzakirələri davam etdiriblər.
TİA.AZ xəbər verir ki, Milli Müdafiə Nazirliyində görüşlərin ilk raundu başa çatıb. Rusiya və Türkiyə heyətləri arasında danışıqlar sabah davam etdiriləcək.