Qarabağa avtobusla pulsuz bu şəxslər gedə biləcək – RƏSMİbackend

Qarabağa avtobusla pulsuz bu şəxslər gedə biləcək – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanvarın 24-dən Bakıdan Şuşaya və Bərdəyə həyata keçirilməsi planlaşdırılan avtobus səfərləri üzrə biletlərin qiymətlərini açıqlayıb.
TİA.AZ xəbər verir ki, bununla yanaşı müəyyən imtiyazlı şəxslər Qarabağa avtobusa pulsuz bilet ala biləcəklər.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev bildirib ki, bu kateqoriyaya Vətən Müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailələri üzvləri, Qarabağ müharibəsi əlilləri aiddir.
Qeyd edək ki, imtiyazlı şəxslərə də işğaldan azad olunmuş ərazilərə il ərzində yalnız bir dəfə səfər etmək hüququ verilir.