“Qarabağ” yeni transferini təqdim etdibackend

“Qarabağ” yeni transferini təqdim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” klubu daha bir futbolçu transfer edib.

TİA.AZ Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub uzun müddət davam edən danışıqların nəticəsində Bolqarıstan “Çeno More”sində forma geyinən Patrik Andradeni heyətinə qatıb. Kabo-verdili yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb.

27 yaşlı futbolçu Portuqaliyada “Ribeyrao”, “Yoan”, “Moreyrense”, “Famalikao” və “Saliueyros” klublarında da oynayıb.

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində Donald Gerye, Emil Balayev, Kevin Medina və Uroş Matiçlə də anlaşıb.