“Qarabağ” və “Neftçi”nin pley-offdakı rəqibləri bilindibackend

“Qarabağ” və “Neftçi”nin pley-offdakı rəqibləri bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi” və “Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqiblərinin adına aydınlıq gəlib.

TİA.AZ xəbər verir ki, bu, Avropa Liqasında mübarizəni dayandıran “Neftçi” Konfrans Liqasının qrup mərhələsinə düşmək üçün İsrailin “Makkabi” (Hayfa) komandasını mübarizədən kənarlaşdırmalıdır. Yəhudilər Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində evdə 7:2 hesabı ilə yendiyi “Torshavn”a Farer adalarında minimal hesabla yenilsə də, mərhələ adlayıb.

“Qarabağ” isə Şotlandiya “Aberdin”i ilə üz-üzə gələcək. “Aberdin” İslandiyada 3:2 hesabı ilə yendiyi “Breydablik”ə öz meydanında da qalib gəlib – 2:1.

Qeyd edək ki, “Qarabağ” və “Neftçi” ilk oyunlarını avqustun 19-da öz meydanında keçirməlidir. Lakin buna görə matçların tarixində dəyişiklik edilməsi gözlənilir. Cavab görüşləri isə avqustun 26-da keçiriləcək.

“Aberdin”in baş məşqçisi: “Qarabağ”a səfərdə qalib gəlməyə çalışacağıq”

“Qarabağ”la ilk oyunumuz səfərdə olacaq. Orada yaxşı nəticə qazansaq, qrupa düşmək şanslarımızı saxlaya bilərik”.

Bunu Şotlandiyanın “Aberdin” klubunun baş məşqçisi Stiven Qlass UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçirəcəkləri oyunlar barədə danışarkən deyib.

45 yaşlı mütəxəssis bildirib ki, Bakıda Ağdam təmsilçisinə qalib gəlməyə çalışacaqlar: “Birinci məqsədimiz budur. Evdəki matçda isə azarkeşlərimizin də köməyi ilə bu səddi keçmək istəyirik. Qrup mərhələsinin bir addımlığındayıq. Bizi bu uğurdan cəmi 2 görüş ayırır”.

Qeyd edək ki, “Qarabağ” və “Aberdin” arasında ilk oyun avqustun 17-də, ikinci qarşılaşma isə avqustun 26-da olacaq.


“Makkabi”nin baş məşqçisi: “Hazırda “Neftçi” ilə oyun daha vacibdir”

“Nəticəni məni elə də narahat etmir. Məni ən çox düşündürən, oyunçuların əksəriyyətinin istəksiz oynamasıdır”.

Bunu İsrailin “Makkabi” (Hayfa) komandasının baş məşqçisi Barak Baxar Farer adalarında “Torshavn”a 0:1 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.

Hayfa təmsilçisi məğlubiyyətə baxmayaraq, pley-offa yüksəlib və bu mərhələdə “Neftçi”yə rəqib olub. 42 yaşlı mütəxəssis artıq Azərbaycan təmsilçisi ilə matça kökləndiklərini bildirib: “Bu nəticəni unudub, məğlubiyyətdən dərs almalıyıq. Hazırda “Neftçi” ilə oyun bizim üçün daha vacibdir. Bu görüşə ciddi hazırlaşacağıq”.

Qeyd edək ki, “Neftçi” və “Makkabi” arasında ilk oyun avqustun 19-da Bakıda, cavab matçı isə 1 həftə sonra Hayfada olacaq.