“Qarabağ” Vadjini rekord qiymətə satıb – Ən bahalı transfer oldubackend

“Qarabağ” Vadjini rekord qiymətə satıb – Ən bahalı transfer oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa 2-ci Liqa klubu “Sent-Etyen”in İbrahima Vadji üçün “Qarabağ”a ödədiyi məbləğ bəlli olub.

TİA.AZ “Transfermarkt”ə istinadən xəbər verir ki, Fransa klubu Ağdam təmsilçisinə 1 milyon 650 min avro ödəniş edib. “Qarabağ” 27 yaşlı hücumçunu 2021-ci ilində  “Höuqesunn” (Norveç) klubundan 500 min avroya transfer etmişdi.

Qeyd edək ki, bu, Azərbaycan futbol tarixinə ən bahalı transfer olaraq keçib. İkinci ən bahalı transfer 2010-cu ildə “Qarabağ”ın 1 milyon avroya “Tvente”yə (Niderlan) satdığı Vaqif Cavadovdur.