Tribuna İnformasiya Agentliyi

Qarabağ üzrə üç hissədən ibarət plan var

27 Mart

“Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlarda bir neçə ağıllı plan var və tərəflər bu planlar ətrafında danışıqlar aparmalı, həll yolunu tapmalıdır”. “Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqlarda bir neçə ağıllı plan var və tərəflər bu planlar ətrafında danışıqlar aparmalı, həll yolunu tapmalıdır”.

TİA.AZ xəbər verir ki, bu barədə martın 27-də jurnalistlərlə görüşən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.

Onun sözlərinə görə, masadakı planların son planlar olmaması mümkündür.

Amerikalı həmsədr “Lavrov planı”nın mövcudluğu ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, həmsədrlər belə terminlərdən istifadə etmir.

“Plan var: bu üç hissədən ibarətdir, lakin indi detallardan danışmaq yersizdir. Tərəflər bu planın üzərində işləyir”, – deyə o vurğulayıb.