“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə başlayırbackend

“Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda futbol oyunları 5 aydan çox davam edən məcburi fasilədən sonra bu gün rəsmən bərpa olunacaq.

TİA.AZ-ın məlumatına görə, bu, UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə təsadüf edəcək. Azərbaycan çempionu “Qarabağ” Şimali Makedoniya “Sileks”ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.

“Qarabağ” Çempionlar Liqasında ardıcıl 7-ci mövsümdür çıxış edirsə, “Sileks” bu yarışa Şimali Makedoniya çempionu “Vardar”ın lisenziyadan keçməməsi səbəbindən gümüş medalçı kimi qatılır.

Təsnifat mərhələləri 1 oyundan ibarət olduğu üçün növbəti raunda vəsiqənin taleyini məhz Bakıdakı görüş həll edəcək.

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) duelinin güclüsü ilə qarşılaşacaq.

18 avqust

UEFA Çempionlar Liqası

I təsnifat mərhələsi

20:00. “Qarabağ” (Azərbaycan) – “Sileks” (Şimali Makedoniya)

Hakimlər: Yaroslav Kozık, Viktor Nijnik, Vladimir Korotin, Anatoli Abdula (hamısı Ukrayna)
Hakim-inspektor: Atilla Abraham (Macarıstan)
UEFA nümayəndəsi: Vitali Danilçenko (Ukrayna)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.