Tribuna İnformasiya Agentliyi

“Qarabağ” üç futbolçu ilə yollarını ayırıb – RƏSMİ

13 May

Azərbaycan çempionu “Qarabağ” üç futbolçu ilə yollarını ayırıb.

ONA-nın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi 2018/19 mövsümü bitdikdən sonra üç legionerlə vidalaşıb.

Bunlar polşalı Yakub Jezniçak, isveçrəli İnnosent Emeqara və braziliyalı Reynaldodur. Jezniçakın bitən müqaviləsi yenilənməyib. Emeqara və Reynaldonun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.