“Qarabağ” “Sivasspor”a qarşıbackend

“Qarabağ” “Sivasspor”a qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Qarabağ” bu gün Avropa Liqasında növbəti oyununa çıxacaq.
TİA.AZ  xəbər verir ki, Ağdam klubu I qrupunun III tur matçında Türkiyədə “Sivasspor”un qonağı olacaq. “Yeni Sivas 4 Eylül” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.
Qrupdakı ilk iki oyunda məğlub olan komandalar 3-4-cü yerləri bölüşdürür. Sadəcə, vurulan topların sayına (1 qol) görə Azərbaycan çempionu sonuncu pillədə qərarlaşıb. Sivas təmsilçisi əvvəlki görüşlərdə 7 dəfə rəqib qapılarına yol tapıb.
Superliqa klubu “Qarabağ”la oyuna ciddi itkilərlə çıxacaq. Rəqibin heyətində Ziya Erdal, Aaron Appindanqoe və Xorxe Feliksin zədə səbəbindən oynamayacağı dəqiqdir. Bundan başqa, İsrail “Makkabi”si (Təl-Əviv) ilə qarşılaşmada qırmızı vərəqə almış Samba Kamara da oyunu buraxacaq. Marselo Qoyano və Erdoğan Yeşilyurtun isə meydana çıxıb-çıxmayacağı sual altındadır. “Köhlən atlar”da isə zədəli və cəzalı futbolçu yoxdur.
Qarşılaşma əvvəlcə Portuqaliyadan olan hakimlər briqadasına tapşırılsa da, UEFA sonradan əsas referi və yan xətt hakimlərini isveçrəlilərlə əvəzləyib.
Qeyd edək ki, bu qrupun digər oyununda “Vilyarreal” evdə “Makkabi” ilə üz-üzə gələcək.
Avropa Liqası
2020/21 mövsümü
I qrupu, III tur
21.55 Sivasspor (Türkiyə) – Qarabağ (Azərbaycan)
Hakimlər: Sandro Şörer, Stefan de Almeyda, Bekim Zoqay (İsveçrə), Yanku Yoan Vasilitsa (Portuqaliya).
Sivas, “Yeni Sivas 4 Eylül stadionu”.

1

Vilyarreal

2

2

0

0

8:4

6

2

Makkabi

2

2

0

0

3:1

6

3

Sivasspor

2

0

0

2

4:7

0

4

Qarabağ

2

0

0

2

1:4

0