“Qarabağ” – “Sileks” matçının vaxtı bəlli oldubackend

“Qarabağ” – “Sileks” matçının vaxtı bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya “Sileks”i ilə keçirəcəyi oyunun tarixi müəyyənləşib.

Tia.az xəbər verir ki, bu barədə “Report”a Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov bildirib.

O, qarşılaşmanın böyük ehtimalla avqustun 18-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacağını söyləyib. Klub rəsmisi son qərarın UEFA tərəfindən açıqlanacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları 18-19 avqustda baş tutacaq. Pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq.

Qalib komanda Çempionlar Liqasında, məğlub isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcək.