Qarabağ separatçılarının keçmiş lideri AĞLADIbackend

Qarabağ separatçılarının keçmiş lideri AĞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bako Saakyanı ağlayan gördüm”.

TİA.AZ xəbər verir ki, bunu 90-cı illərin Qarabağ canilərindən olan Şahe Acemyan deyib.

O, “facebook” səhifəsində yazıb:

“Cəbhəyə yola düşməmişdən öncə Xankəndində kilsədə dua edirdik. Kilsədə şam yandırarkən birdən həyəcan siqnalı çalındı, şəhərdə partlayışlar eşitdik və hamı dağılışdı. Kilsədən çıxanda keçmiş “prezident”, komandirim Bako Saakyanın həyətdəki skamyada oturduğunu gördüm. Gözlərinə baxaraq yaxınlaşdım. Saakyanın həyəcanlı, yaşla dolu gözlərini gördüm”.

Azvision.az xatırladır ki, Şahe Acemyan 1-ci Qarabağ savaşına Suriyadan diaspor xətti ilə gətirilmiş erməni terrorçudur.

1992-1994-cü illərdə Qarabağ müharibəsində xüsusi fəallıq göstərib və “Xaçlılar” dəstəsinin komandiri Qaro Kaxkeçyanın ən yaxın adamı olub.

Hazırda İrəvanda yaşayan Acemyanın əli bir çox günahsız azərbaycanlının qanına batıb.

O, aktiv şəkildə həm virtual aləmdə, həm də real həyatda anti-Azərbaycan təbliğatı aparır.